Xəzərdə ƏMƏLİYYAT: İraqlı cinayətkar yaxalandı

 03-08-2024

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) avqustun 1-i səhər saatlarında Xəzərin cənub hissəsində növbəti uğurlu əməliyyat həyata keçirilib.

DSX-nın məlumatında bildirilir ki, Sahil Mühafizəsinin sərhəd gəmisi tərəfindən İran İslam Respublikasından şimal istiqamətinə hərəkət edən naməlum üzmə vasitəsi aşkarlanıb. Dərhal təqibetmə əməliyyatına start verilib və sahil nəzarəti bölmələri məlumatlandırılıb. Qarşılıqlı əlaqəli fəaliyyət nəticəsində qaçaqmalçılıq cəhdinin qarşısı alınıb.

Saxlanılan şəxsin 1992-ci il təvəllüdlü İraq vətəndaşı Mahdi Salih Fayzi olduğu müəyyən edilib. O, kiçikhəcmli üzmə vasitəsilə dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçməyə cəhd göstərib. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. dirnaq modelleri

Qeyd edək ki, son illər ərzində Xəzər dənizində qaçaqmalçılıq hallarına qarşı sərt mübarizə aparılır. Dövlət Sərhəd Xidməti müasir texnologiyalar və peşəkar heyət sayəsində sərhədlərimizin etibarlı mühafizəsini təmin edir.

Bənzər yazılar

0.17600607872009