Məşhur ispan tennisçinin yarışda burnu sındı – VİDEO

 02-09-2022

Dünyanın tennis reytinqində ilk üçlükdə olan məşhur ispan tennisçi Rafael Nadal burnunu sındırıb.

Hadisə “USA Open” (ABŞ Açıq çempionatı – red.) turnirində baş verib.

İtaliyalı Fabio Fonini ilə görüşdə irəlidə olan Rafael Nadalın burnuna raketka dəyib.

Meydana girən həkimlər onun burnunu sarıyıblar.

Qeyd edək ki, qarşılaşma Nadalın 3:1 hesablı qələbəsi ilə bitib.

Mənbə: Tennishead.net

Bənzər yazılar

0.21611189842224