Livan regiondakı bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını tələb edib

 28-07-2024

Livan hökuməti mülki əhaliyə qarşı hücumları qətiyyətlə pisləyir və bölgədəki bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını tələb edir.

"Ölkə.az" xəbər verir ki, bu barədə respublikanın Baş naziri Nəcib Mikatinin Mətbuat xidmətinin teleqram kanalında yaydığı bəyanatda deyilir.

"Hökumət bütün zorakılıq aktlarını və mülki şəxslərə edilən hər hansı hücumu qətiyyətlə pislədiyini bəyan edir", - bəyanatda deyilir. Livan Yaxın Şərqin bütün cəbhələrində hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edib.

Baş nazir vurğulayıb ki, Beyrut mülki əhaliyə qarşı təcavüzü insanlıq prinsiplərinə zidd olan beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirir.

Bənzər yazılar

0.062007904052734