Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə general-leytenant Niyazi Xanbaba oğlu Hacıyev “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Niyazi Hacıyev uzun illər Azərbaycanın təhlükəsizlik orqanlarında yüksək vəzifələr tutub.
O, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi rəisinin müavini təyin edilib. 2003-cü ildə isə Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini vəzifəsinə gətirilib.
Niyazi Hacıyeva 2002-ci ildə general mayor, 2005-ci ildə general-leytenant hərbi rütbəsi verilib.
General-leytenant hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsində çalışır.