Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev dəfn olunub.
O, II Fəxri xiyabanda torpağa tapşırılıb.
Qeyd edək ki, S. Mirzəyev 1996-cı ildən 2022-ci il may ayına kimi Milli Məclis Aparatının rəhbəri işləyib. O, uzunsürən xəstəlikdən sonra iyulun 22-də 72 yaşında dünyasını dəyişib.