8 prokurorluq işçisi cəzalandırılıb

 22-07-2024

Bu ilin ilk altı ayı ərzində 8 prokurorluq işçisi cəzalandırılıb.

Bu barədə baş prokuror Kamran Əliyev ilin birinci rübünə həsr edilmiş geniş Kollegiya iclasında danışıb.

Kamran Əliyev qeyd edib ki, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 8 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib. 3 nəfər vəzifədən azad edilib, 4 nəfərə töhmət və ya şiddətli töhmət verilib.

Bundan başqa, Azərbaycanda rüşvət alan 25 nəfər cinayət başında tutulub.

Qeyd edilib ki, 2024-cü ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən 93 cinayət işi başlanılmış, keçirilmiş əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 25 şəxs bilvasitə cinayət başında yaxalanıb, habelə 4 nəfər axtarışda olan şəxs saxlanılıb.

 

 

Bənzər yazılar

0.28191900253296