Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinə rəis təyin edilib

 19-07-2024

Ədliyyə nazirinin müvafiq əmri ilə Elçin Nəsibov nazirliyin Qanunvericilik baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, Elçin Nəsibov 1974-cü ildə anadan olub. 1996-cı ildə Moskva Dövlət Hüquq Akademiyasını hüquqşünaslıq ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 1997-ci ildə Ədliyyə Nazirliyində başlayıb, müxtəlif vəzifələrdə çalışaraq qanunvericilik aktlarının layihələrinin hazırlanmasında, layihələr üzrə rəylərin verilməsində bilavasitə iştirak edib.

2006-2017-ci illərdə Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin rəisi, 2017-ci ildən bu vəzifəyə təyin olunanadək isə Qanunvericilik baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2016-cı ildə "Dövlət qulluğunda fərqlənməyə görə", eləcə də 2012-ci ildə "Ədliyyə sahəsində fərqlənməyə görə" medalları ilə, 2019-cu ildə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)", 2020-ci ildə isə "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif edilib. 

Bənzər yazılar

0.30861401557922