Türkiyədən ev alan azərbaycanlıların sayı artıb

 18-07-2024

Bu ilin ilk 6 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 339 mənzil satın alıblar.

Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara görə, azərbaycanlılar ötən ay Türkiyədən 51 mənzil alıblar.

Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə azərbaycanlılar Türkiyədən daha çox mənzil alıblar. Belə ki, 2023-ci ilin ilk 6 ayında 395, iyun ayında isə 59 mənzil satın alınıb.

Onu da bildirək ki, bu ilin ilk 6 ayı ərzində Türkiyədən ən çox Rusiya (2 min 423 mənzil), İran (1 070 mənzil), Ukrayna (725 mənzil), Almaniya (501 mənzil), İraq (494 mənzil) və Qazaxıstan (472 mənzil) vətəndaşları ev alıb.

Ötən illə müqayisədə Türkiyədən ev alan Rusiya vətəndaşlarının sayı kəskin artıb. Müqayisə üçün bildirək ki, ötən ilin 6 ayı ərzində Rusiya vətəndaşları Türkiyədən 6 min 456 mənzil alıb. Ötən ilin iyun ayında ruslar Türkiyədən 733 mənzil aldıqları halda bu ilin iyun ayında 332 mənzil alıblar.

© Yeniavaz

Bənzər yazılar

0.061529159545898