Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri ilə GÖRÜŞÜB

 01-09-2022

Sentyabrın 1-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Mario Draqi ilə təkbətək görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin qarşılanma mərasimi oldu.

Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

İtaliyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri İtaliya Nazirlər Şurasının Sədrinə təqdim olundu.

Sonra dövlətimizin başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi birgə foto çəkdirdilər.

Bənzər yazılar

0.22488117218018