Nazir Yaşar Gülərdən şok etiraf: Məni öldürəcəkdi

 10-07-2024

Türkiyənin milli müdafiə naziri, 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhd zamanı Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini olmuş Yaşar Gülər ​​ilk dəfə həmin hadisələr barədə danışıb.

Ölkə.Az xəbər verir ki, o, çevriliş cəhdindən əvvəl Ali Hərbi Şuraya hazırlıq işlərinin davam etdiyini bildirib.

"Həmin iclasda cümhuriyyət tarixində görünməmiş bir şəkildə müəyyən etdiyimiz 123 FETÖ generalı/admiralını təqaüdə göndərmək üçün siyahı hazırlamışdıq. Lakin içimizdəki satqınlar vasitəsilə siyahıdan xəbər tutdular və həmin planın qarşısını almaq üçün qabaqlayıcı addım atmağa çalışdılar", - o qeyd edib.

Nazir deyib ki, həmin gün saat 21.25 radələrində üzləri maskalı, geyimlərindən xüsusi təyinatlılar kimi tanıdığım 10-12 nəfər çevrilişçi böyük hay-küylə ofisimə daxil oldu: "Mən elə rəftarla rastlaşdım ki, türk əsgərləri düşmən əsgərinə belə davranmaz. Gözlərimi və əllərimi bağlayıb zorla maşına mindirdilər". 

Nazir deyib ki, maşına mindirilən zaman məni qoruyan mühafizəçilərlə xainlər arasında atışma baş verdi. "Atışma zamanı   leytenantımız satqın adyutantı güllələyib öldürdü. Həmin gecə məni edam etmək üçün seçilmiş adyutantın öldürülməsi qırılma nöqtələrindən biri oldu. Əgər o öldürülməsəydi, o məni öldürəcəkdi", - Yaşar Gülər deyib.

Əlavə edib ki, onların niyyəti Y.Güləri fiziki cəhətdən aradan götürmək idi: "Onlar üçün problem mən idim. Hər şeyi bilən bir adam var idisə, o da mən idim. Ona görə də iyulun 16-da ailəmlə telefonla danışdığım zaman yerimdən ayağa qalxmadım. Əgər telefonla danışmaq üçün ayağa qalxıb getsəydim, ssenariyə uyğun olaraq “qaçırdı, vurduq” deyəcəkdilər".  

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.062684059143066