Ermənilərdən revanşistlərə rədd cavabı

 10-07-2024

Son iki aydan artıq müddətdə Ermənistandakı revanşist qüvvələr ölkədə prosesləri ələ almaq istiqamətində nə qədər çabalasa da, nəticəsiz qalıb. Bunu iyulun 10-da Ermənistanda nəticələri açıqlanan “Gallup Beynəlxalq Assosiasiyası”nın keçirdiyi sorğu da sübut edir.

Ölkə.Az xəbər verir ki, respondentlər parlament seçkiləri keçiriləcəyi təqdirdə hansı partiyaya və ya partiyaların blokuna səs verəcəkləri barədə suala belə cavab verib: 

Baş nazir Nikol Paşinyanın lideri olduğu “Vətandaş müqaviləsi”ni– 14.4%;

Robert Köçəryanın lideri olduğu “Ermənistan” blokunu – 3.7%;

"Demokratiya, hüquq, intizam" partiyası blokunu -3,5%;

Serj Sarqsyanın lideri "Şərəfim var" blokunu-2,3%;

Baqrat Srbazanın lider olduğu "Vətəna naminə" hərəkatı isə - 1,5% respondet dəstəkləyib.

Sorğuda iştirak edən respondentin 16,9% Ermənistanın KTMT-də olmasını, 29% isə NATO-ya üzv olmağı dəstəkləyib.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.06234884262085