Ukraynada matəm elan olundu

 08-07-2024

Ukraynanın paytaxtı Kiyevdə iyulun 9-u matəm elan olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko teleqramda məlumat verib.

Onun sözlərinə görə, bu gün şəhərdəki bütün bələdiyyə binalarında bayraqlar endiriləcək. Həmçinin dövlət və özəl binalarda dövlət bayraqlarının endirilməsi tövsiyə olunur.

Kliçko vurğulayıb ki, iyulun 9-da şəhərdə hər hansı əyləncə tədbirlərinin keçirilməsi qadağandır:

Qeyd edək ki, bu gün Rusiya müxtəlif tipli 40-dan çox raketlə Ukraynaya hücum edib. Hücumlar nəticəsində 22 nəfər həlak olub. Daha 72 nəfər yaralanıb.

Bənzər yazılar

0.064507961273193