Qırğızıstanda dövlət çevrilişinə hazırlığın təfərrüatı açıqlandı

 07-07-2024

Qırğızıstanda avqustun 31-də hakimiyyətin zorakılıqla ələ keçirilməsi planlaşdırılıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitənin məlumatına görə, şübhəlilər ölkənin bütün regionlarından çoxsaylı gəncləri toplamaq üçün Bişkek yaxınlığında idman oyunları təşkil etmək niyyətində olublar. Onlar bəzi müxalifət liderlərini tədbirə dəvət etmək istəyirdilər ki, camaatı paytaxta köçməyə təşviq etsinlər.

“Dağıdıcı əhval-ruhiyyəli idmançılar və cinayətkar ünsürlərdən ibarət təlim görmüş şəxslər vəziyyətdən istifadə edərək, zorakılıq, soyğunçuluq, yandırma, əmlakın dağıdılması, odlu silah, partlayıcı maddələrin tətbiqi və dövlət məmurlarına müqavimətlə müşayiət olunan kütləvi iğtişaşlar təşkil etməli, digərləri isə idman-atəş poliqonunu ələ keçirməli və odlu silahlara sahib olmalı idilər”, - məlumatda deyilir.

Komitə qeyd edib ki, cinayətkar qrup planı həyata keçirmək üçün ilin əvvəlindən dağıdıcı təfəkkürlü gəncləri səfərbər etmək üçün “nəzarətçilər” adlanan şəxslərlə görüşlər keçirib.

“Onlar üçün odlu silah və döyüş sursatı, partlayıcı qurğuların hazırlanması üçün komponentlər və gözyaşardıcı qaz da alınıb. Saxlanılan 5 nəfər avqustun 21-dək komitənin istintaq təcridxanasına yerləşdirilib. İstintaq-əməliyyat tədbirləri həyata keçirilir”, - komitədən bildirilib.

Bənzər yazılar

0.067005157470703