İlon Mask: "ABŞ-ın uzun müddətdir prezidenti yoxdur"

 06-07-2024

"ABŞ-ın uzun müddətdir prezidenti yoxdur". 

"Ölkə.az" xəbər verir ki, bunu amerikalı sahibkar İlon Mask X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Bu yaxşı sualdır, çünki uzun müddətdir ki, bizdə prezident yoxdur", deyə Mask "New York Times"ın köşə yazarı Ross Doutatın "Amerikanın prezidentə ehtiyacı varmı?" başlığı ilə dərc olunmuş məqaləsini şərh edərkən yazıb. 

Bundan əvvəl Amerikanın "Politico" nəşri ABŞ prezidenti Co Baydenin sələfi Donald Trampla debatdan iki gün əvvəl çətinliklə danışa bildiyini öyrənmişdi.

Eyni zamanda, "Wall Street Journal" yazıb ki, Baydenin ABC-yə verdiyi müsahibə yalnız onun qabiliyyətləri və prezidentlik yarışında iştirak perspektivləri ilə bağlı narahatlığı artırıb. "Amerika lideri reallığı inkar edir", deyə nəşr əlavə edib.

Bənzər yazılar

0.071563005447388