BMT-nin Baş katibi COP29-da iştirak edəcək

 28-06-2024

BMT-nin Baş katibi Antonio Quterreş COP29-da iştirak etmək üçün Bakıya səfər etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə o, TASS-a müsahibəsində bildirib.

“Mən hər zaman COP konfranslarında iştirak edirəm, bu tədbirlərin əvvəlinə və sonuna gəlirəm”, - o vurğulayıb.

Qeyd edək ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Bənzər yazılar

0.097054958343506