Muxtar Məmmədovun nepotizm FƏLSƏFƏSİ - Təhsil sektorunun kadr siyasətinə MÜDAXİLƏLƏR VAR

 31-08-2022

Azərbaycanda təhsil sisteminin müasir reallıqların tələblərinə uyğunlaşdırılması və bu sahədə optimal idarəetmənin təşkilinə yönəlmiş effektiv tədbirlər mexanizmi hazırda davam etdirilir. Lakin, orta əsrlərin ortodoksal feodal yanaşmaları hesabına ərsəyə gəlmiş anti - intellektual cücərtilər hazırda bu istiqamətdə planlaşdırılan işlərin gedişatına ciddi mənada maneələr törətməkdədir.

AZİNFORM.AZ xəbər verir ki Muxtar Məmmədov nazir müavini təyin edildikdən sonra təhsil sisteminə olan ümidlər yoxa çıxmağa başladı. Təhsil nazirliyindəki mənbələrdən daxil olan məlumatlara görə,  işlədiyi müddətdə o, hər zaman  yerlibazlığı və tapşırıqla əməkdaş götürməyi ilə seçilib. Buna görədə nazirliyin əməkdaşları arasında ciddi hörməti yoxdur.

 

Muxtar Məmmədov 2013-cü ildən başlayaraq Beynəlxalq əməkdaşlıq şöbəsində sektor müdiri, müdir müavini və şöbə müdiri vəzifələrində çalışıb. Xaricdə təhsil üzrə Dövlət Proqramı” ilə məhz Muxtar Məmmədovun rəhbərlik etdiyi şöbə məşğul olurdu. Bir çox hallarda tapşırıqlarla zəngin olan bu proqram vasitəsilə sistematik olaraq imkanlı ya nüfuzlu şəxslərin övladları göndərilirdi. Bununla da, Dövlət Proqramına əhalidə olan inam və ümid itmişdi.

Lerik Rayon M.Qafarov adına Siyov kənd tam orta məktəbin direktoru İlham Əmirov

Bundan əlavə Muxtar Məmmədov Siyov məktəbinin direktoru İlham Əmirovun əmisi oğlu Əmirov Rəfail Seydəmir oğlunun yeznəsidir. Lerik Rayon M.Qafarov adına Siyov kənd tam orta məktəbin direktoru İlham Əmirov məktəbdə törətdiyi qanunsuz əməlləri barəsində edilən şikayətləri cavabsız qoyması ilə yanaşı həmdə direktora yeni qanunsuz əməllərin törətməsinə şərait yaradır. İlham Əmirovin özünə saxta pensiya düzəltdiyinə görə  2021-ci ildə qanunsuz hərəkəti  aşkarlanıb barəsində cinayət işi də açılmışdı.

Elm və Təhsil nazirliyinin Aparat rəhbəri Həsən Həsənli 

Muxtar Məmmədov Nazirliyin tərkibində boz kardinal obrazı yaradıb. Nazirin birbaşa kadr siyasətinə müdaxilə edərək nazirlik içərisində qohumbazlıq edir.  Aparat rəhbəri postuna Həsən Həsənlini təyin etdirib. Daha sonra digər kadrı olan Eldar Orucovu ona müavin təyin olunmasına nail olub. Bütün qohumbazlıq oyunları və təhsil də yol verdiyi qanunsuzluqları isə Daxili nəzarət şöbəsində işləyən tələbə yoldaşı vasitəsilə ört-basdır edə bilir. Muxtar Məmmədov həyat yoldaşının rəfiqəsini isə sektor müdiri vəzifəsinə təyin etdirib. Həmin qadının şöbə müdiri ilə eşq yaşadığını artıq bütün nazirlik bilir.  Muxtar müəllimin hədəfi hazırda aparat rəhbəri olan Həsən Həsənlini müavin vəzifəsinə qədər yüksəltməkdir.

                                              

Elm və Təhsil nazirliyi Aparat rəhbərinin müavini Eldar Orucov 

Azərbaycan Respublikası Prezident Administrasiyası, Nazirlər Kabineti və Milli Məclisdən gələn zəngləri, özlərinin cavab vermək səlahiyyəti ola-ola cavab vermirlər. Nəticədə bütün daxil olan aktual müraciətlərin məhz tək tərəfli olaraq nazirə yönləndirilməsinə nail olurlar. Sözügedən strukturlar isə zəng edən zaman nazirlik üzrə digər səlahiyyətli şəxsləri tapa bilmədiklərini bildirərək haqlı iradlarını dilə gətirirlər.

Yaranmış bu durum ölkəmizin - yəni sivilizasiyanın beşiyi sayılan Azərbaycanımızın gələcək texnotron inkişaf meyllərinə onsuz da nəhayətsiz böhran elementlərini bəxş etməkdən usanmayan traybalizm və nepotizm tendensiyalarına qarşı kəsərli tədbirlərin ən qısa zamanda icra edilməsini zəruri edir.

Bütün bu qanunsuzluqlar müavinin kadr siyasətinə ciddi zərbə vurması ilə nəticələnir. Müasir  texnologiya və dünyanın sürətli inkişaf etdiyi bir dönəmdə bu cür məmurlarla hansı təhsil və inkişafdan danışmaq olar?! Təhsil xalqın gələcəyidir. Cənab Prezidentin göstərdiyi etimada əsasən artıq bu nazirlik Elm və Təhsil Nazirliyi kimi yüksək ada layiq görülmüşdır. Xalqın ümüdlərini doğrultmayan “qohumbazlar”  dövrü artıq keçmişdə qalmalıdır.

Qeyd edək ki, Muxtar Məmmədov 2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində çalışıb və ikinci katib vəzifəsinədək yüksəlib. 

2013-cü ildən isə Təhsil Nazirliyində çalışır. Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsində sektor müdiri, müdir müavini və şöbə müdiri vəzifələrində çalışıb. 2018-ci ilin yanvar ayından isə Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edirdi.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.

Adları çəkilən şəxslərin və qurumların mövqeyini işıqlandırmağa hazırıq!

Mənbə AZİNFORM.AZ

Bənzər yazılar

0.32370591163635