Böyük Britaniyanın yeni səfiri Ferqus Ould Azərbaycana gəlib.
Bu barədə səfirin özü məlumat yayıb.
"Salam Bakı! Böyük Britaniyanın Azərbaycandakı səfiri olaraq yeni vəzifəmin icrasına başlamağı səbirsizliklə gözləyirəm", - deyə o tvitterdəki postunda bildirib.
F. Ould, həmçinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanının qarşısında çəkdiyi fotonu paylaşıb.