Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən vergi ödəyicilərinin siyahıya alınan əmlaklarının hərrac vasitəsilə növbəti satışı həyata keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu gün keçirilməsi nəzərdə tutulan hərraca “İbn Sina” Firmasına (VÖEN – 1300432151) məxsus “Optoparitomoqraf” avadanlığı çıxarılıb.
Əmlakın ilkin satış qiyməti 7 min 200 manat olub.
Qeyd edək ki, bu avadanlıq daha əvvəl – iyun ayının 10-da 9 min 200 manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb. “İbn Sina” Firmasına məxsus “Optoparitomoqraf” avadanlığı ilk hərracda satılmadığı üçün 40%-lik endirimlə 2-ci hərracda yenidən satışa çıxarılıb.
Məlumat üçün bildirək ki, “İbn Sina” Firması ölkədə həm də “İbn Sina” klinikası olaraq tanınır. Firma 20 manat nizamnamə kapitalı ilə 2000-ci ildə təsis olunub. Qanuni təmsilçisi Rüstəmov Şərafəddin Vaqif oğlu olan “İbn Sina” Firmasının hazırda (24 iyun 2024) dövlət büdcəsinə 5 002 manat 42 qəpik vergi borcu var.
Elnur Əli