Rusiya Avropanın əsas qaz tədarükçüsü oldu: Bəs sanksiyalar?

 16-06-2024

May ayında Rusiya Avropaya qaz ixracına görə, demək olar ki, iki illik fasilədən sonra ilk dəfə olaraq ABŞ-ni geridə qoyaraq birinci olub.

Avropa ölkələrinə tədarük olunan qazın təxminən 15%-ni Rusiya Federasiyası, 14%-ni isə ABŞ təmin edib.

2022-ci ilin sentyabrından etibarən Vaşinqton Avropanın əsas qaz tədarükçüsü olub və 2023-cü ildən bəri köhnə qitənin qaz idxalının təxminən 20%-ni təmin edib.

ICIS konsaltinq şirkətinin rəyinə görə, Rusiyadan enerji asılılığının azaldılması ilə bağlı bəyanatlar və mövcud sanksiyalar fonunda belə məlumatları görmək təəccüb doğurur. Ehtimal ki, may ayındakı vəziyyətə Texasda mayeləşdirilmiş təbii qaz ixrac edən əsas obyektdə fasilələr və iyun ayında boru kəmərinin texniki xidmət üçün bağlanması planları təsir edib.

Bənzər yazılar

0.11211395263672