Təyyarədə "Qarabağ" oxudular - Video

 16-06-2024

Xalq artisti Mənsum İbrahimov paylaşımı ilə marağa səbəb olub.

"Ölkə.az" xəbər verir ki, xanəndə Özbəkistanın paytaxtı Daşkənddən Bakıya qayıdarkən təyyarədə lentə alınan videonu izləyiciləri ilə bölüşüb.

Görüntülərdə sənətçinin həmkarları ilə birlikdə "Qarabağ" mahnısını ifa etməsi əks olunub. Həmin an onları nağarada Xalq artisti Natiq Şirinov müşayət edib.

Sözügedən kadrlar sənətçilərin Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günlərindən qayıdarkən lentə alınıb.

Bənzər yazılar

0.10674595832825