Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri iyunun 8-də başa çatıb.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Qahirə Beynəlxalq Hava Limanında dövlətimizin başçısını rəsmi şəxslər yola salıblar.
Qeyd edək ki, iyunun 8-də Qahirədə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib.