>

İran prezidenti Məsud Pezeşkian: Azərbaycanla əlaqələr qura bilmirik, amma İsrail qurur, günahkarıq!

 31-07-2025

Bu gün İran prezidenti Məsud Pezeşkian Zəngan əyalətinə səfəri zamanı Azərbaycanla münasibətlərə dair açıqlama verib.

MilletinSesi.info xəbər verir ki, o, bu yaxınlarda Bakıya səfəri ilə bağlı tənqidlərə sərt reaksiya göstərib.

"Azərbaycan bizimlə eyni xalqdır və doğmalarımızdır! Necə olur ki, biz əlaqələr qura bilmirik, amma İsrail qura bilir!? Azərbaycan bizə doğmadır! Necə olur ki, mən ora gedib heç bir razılaşma əldə edə bilməyim? Biz əlaqə qura bilmirik, amma İsrail bunu bacarır? Bacı-qardaşlarımızla düzgün və mehriban münasibət qura bilməməyimizdə problemin harada olduğunu görməliyik.

Burada günahkar onlar deyil, bizik. Biz ikitərəfli əlaqələri qura bilməmişik. Ona görə də başqalarının bölgəmizə sızmasının qarşısını almaq üçün qonşularımız, region ölkələri ilə birləşməli və cərgələrimizi sıxlaşdırmalıyıq. Biz müsəlmanlar birləşməliyik. Bu mənim ali rəhbərlə məsləhətləşmə, koordinasiya yolu ilə formalaşan inam və rəyimdir. Birlik və vəhdət bizim ilk və son inancımızdır", - Pezeşkian qeyd edib.

İran prezidenti Məsud Pezeşkian əlavə edib ki, əgər iki qonşu ölkə arasında münasibət qurulmursa, bunun məsuliyyəti İran tərəfinin üzərindədir: “Əlaqə yaradılmayıbsa, günah bizdədir”. (Snn.ir)

 

Bənzər yazılar

0.097148895263672