Prezident İlham Əliyev Aleksandr Lukaşenkoya ZƏNG EDİB

 30-08-2022

Avqustun 30-da Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya zəng edib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Belarus Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ikitərəfli münasibətlərin uğurlu inkişafını qeyd edib, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

Bənzər yazılar

0.20801186561584