Abbas İbrahimov və komandası dövlət bankından nə qədər qazanır? – MƏBLƏĞ

 06-06-2024

Azərbaycanın ən böyük dövlət bankı ABB-nin rəhbərliyi 2023-cü ildə 18 milyon 436 min manat gəlir əldə edib.

İqtisadiyyaz.az-ın əldə etdiyi məlumata görə, bu, 2022-ci ilə nisbətən 19,6% və ya 3 milyon 19 min manat çoxdur. Belə ki, 2022-ci ildə bankın rəhbərliyinin gəlirləri 15 milyon 417 min manat təşkil edib.

Qeyd edilib ki, bu ödəniş Bankın İdarə Heyətinə, İcraçı direktorlarına və departament rəhbərlərinə ödənilən ümumi məbləğdir.

Qeyd edək ki, bankın İdarə Heyəti sədr Abbas İbrahimovla birlikdə 7 nəfərdən ibarətdir. Baş direktorlarının sayı isə 4-dür. Bankın ümumilikdə isə 26 departamenti fəaliyyət göstərir.

Təxmini hesablamalara görə, 2023-cü ildə bank rəhbərliyində təmsil olunan hər bir şəxsin orta illik gəliri 498,2 min manat təşkil edib. 2022-ci il üzrə bu rəqəm 417 min manat təşkil edib.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb, onun nizamnamə kapitalı 1,2 mlrd. manat təşkil edir.

Bənzər yazılar

0.10950398445129