Ali Məhkəmənin hakimi nazir müavini oldu 

 05-06-2024

Ədliyyə naziri Fərid Əhmədova yeni müavin təyin edilib.

Bakupost.az xəbər verir ki, yeni nazir müavini Ali Məhkəmənin hakimi Abiddin Hüseynov olub.

Təyinatla bağlı Məhkəmə-Hüquq Şurası onun hakimlik fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib.

A.Hüseynov bu gün kollektivə təqdim olunacaq.

O, ötən il Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 

Bənzər yazılar

0.10116600990295