Füzulidə yeni evlərin tikintisinə BAŞLANILIR

 29-08-2022

Zəngilan rayonunun Ağalı kəndindən sonra ikinci "Ağıllı kənd" layihəsi Füzulinin Dövlətyarlı kəndində icra ediləcək. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov hazırda Dövlətyarlı kəndində hansı proseslərin icra edildiyini açıqlayıb.

MillətinSəsi.info "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, Dövlətyarlı işğaldan azad edilən ərazilərdə Zəngilanın Ağalı kəndindən sonra Azərbaycan insanının əl əməyi ilə inşa ediləcək ikinci yurd yeri olacaq.

Emin Hüseynov bildirib ki, minaları təmizlənən Dövlətyarlı kəndində növbəti mərhələ üçün işlərin görülməsinə hazırlıq gedir.

Onun sözlərinə görə, Ağalı kəndində qazanılan təcrübə Dövlətyarlıda da istifadə ediləcək.

Plana əsasən Dövlətyarlıda 450 ev inşa ediləcək. Bunlar 3,4 və 5 otaqlı evlər olacaq. Kəndin mərkəzində isə bazar və meydan yerləşəcək.

Bu kənddə artıq əhalinin hansı işlərlə məşğul olacağı da bəllidir.

Dövlətyarlı kəndində işlərin hansı tarixdə yekunlaşacağı tikinti işlərinə başlanan zaman bəlli olacaq.

Bənzər yazılar

0.20287203788757