TBMM sədri Hulusi Akar: "Türk dünyası öz göbəyini özü kəsməlidir"

 23-05-2024

"Bölgədə təhlükəsizliyin, sabitliyin təmin olunmasının yeganə yolu türk dövlətlərinin özündən asılıdır. Türk dünyası öz göbəyini özü kəsməlidir".

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komissiyasının sədri Hulusi Akar deyib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Akar deyib ki, Qarabağ müharibəsi təkcə Azərbaycan və ya Türkiyənin  məsələsi deyil: "Bu bir simvolik məna daşıyan rəmzdir. Bu oyanış və inkişafdır. Türkün özünə dönüşüdür.

Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin təmin olunması sadəcə bölgə ölkələri üçün deyil, eyni zamanda  bölgədə reallaşacaq nəqliyyat dəhlizləri və beynəlxalq münasibətlər, regional əməkdaşlıq baxımdan mühüm əhəmiyyət kəsb edir".

Akar onu da əlavə edib ki, Azərbaycanla Ermənistan arasında sülhün imzalanması bölgədəki bütün problemləri aradan qaldıracaq: "Lakin bəzi Qərb ölkələrinin Azərbaycanın həssas yanaşdığı məsələləri gözardı etməsindən biz də narahatlığımızı ifadə edirik. Azərbaycan həssas yanaşdığı məsələlərdən kənarda saxalına bilməz.

ATƏT-in Minsk Qrupu, Rusiya, Amerika və Fransa 33 il məsələnin həll olunması üçün barmaqlarını belə tərpətmədilər. İndi məsələnin həll yolu istiqamətində real addımlar atıldığı və sülhə bir addım qalmış ortalığı qarışdırırlar. Problem yaradırlar. İnşallah, onlara imkan verməyəcəyik. Onlara ortalığı qarışdırmasına fürsət verməyəcəyik".

(Ölkə.Az)

 

Bənzər yazılar

0.17477798461914