Hakan Fidandan türk dünyasına çağırış

 22-05-2024

TÜRKPA-nın 13-cü Baş Assambleyası iyunun 5-6-da Bakıda  keçiriləcək.

Bunu Türkiyənin xarici işlər naziri  Hakan Fidan Türkiyə Böyük Millət Məclisində “Türkiyə Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) üzv dövlətlər arasında müdafiə və təhlükəsizlik arxitekturası” mövzusunda  keçirilən TÜRKPA Milli Müdafiə Komissiyası sədrlərinin 1-ci toplantısında çıxışı zamanı deyib.

Fidan bildirib ki, parlament səviyyəsində bir araya gələrək türk dünyasının milli təhlükəsizlik arxitekturasının yaradılması üçün zəmin yaradılması mühüm məsələdir.

Qərb dünyasının təzyiq yaratmaq və mövqeyini irəli sürmək üçün parlament diplomatiyasından çox intensiv istifadə etdiyini deyən Fidan son illərdə TÜRKPA çərçivəsində müxtəlif mövzularda bir-biri ilə paylaşaraq mövqe qazanaraq türk dünyasının irəliləyişinin strateji əhəmiyyət daşıdığını vurğulayıb. 

O bildirib ki, milli müdafiə sahəsi ekosisteminin yaradılması zəruridir.

Nazir Fidan əlavə edib ki, bu məsələlər TÜRKPA-nın 13-cü Baş Assambleyasının iyunun 5-6-da Bakıda keçiriləcək toplantısında da ciddi müzakirə olunacaq.  

Nazir dünyanın artan münaqişələr və qeyri-sabitliklərlə üzləşdiyi, qlobal rəqabətin sürətləndiyi bir dövrdə TDT-ya üzv dövlət başçılarının toplantısının keçiriləcəyini bildirib. 

Fidan hər sahədə olduğu kimi, müdafiə və təhlükəsizlik sahələrində də türk dünyasının daha çox əməkdaşlıq və inteqrasiyanın olmasının vacib olduğunu bildirib.

O əlavə edib ki, türk dövlətləri inkişaf etməsi üçün öz mövqelərini (saflarını) müəyyənləşdirib daha sıx əməkdaşlıq etməlidirlər.

(Ölkə.Az)

Bənzər yazılar

0.11530494689941