İran səfiri Abbas Musəvi: "Prezidentlərin görüşü iki qonşu ölkənin münasibətlərində yeni bir səhifə açdı"

 20-05-2024

"Fəxr edirəm ki, missiyamın son günündə ölkənin ən böyük sərhəd layihəsi istifadəyə verilib".

Bunu İranın Azərbaycandakı səfiri Abbas Musəvi "X" hesabında yazıb.

"Fəxr edirəm ki, missiyamın son günü ölkənin ən böyük sərhəd layihəsi və su diplomatiyasında uğurlu model olan "Xudafərin" və "Qız Qalası" birgə bəndləri İran İslam Respublikası və Azərbaycan Respublikasının prezidentlərinin iştirakı ilə rəsmi şəkildə istifadəyə verilib", – diplomat qeyd edib.

Onun sözlərinə görə, prezidentlərin "görüşü ilə iki qonşu ölkənin münasibətlərində yeni bir səhifə açıldı, qonşuluq siyasətində daha bir uğur əldə edildi".

Xatırladaq ki, mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimi keçirilib.

 

 

Bənzər yazılar

0.099336862564087