Pakistanın XİN başçısı Azərbaycana TƏŞƏKKÜR EDİB

 28-08-2022

Pakistan İslam Respublikasının xarici işlər naziri Bilaval Bhutto-Zərdari ölkəsində daşqından zərər çəkənlərə yardım elan etdiyinə görə Azərbaycana təşəkkür edib.

MillətinSəsi.info xəbər verir ki, nazir bu barədə "Twitter" hesabında yazıb.

"Təşəkkür Azərbaycan", - xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkə hesabında yazaraq, ölkəmizin Pakistandakı səfirliyinin Azərbaycanın İslam Respublikasına ayırdığı yardımla bağlı paylaşımına istinad edib.

 

Bənzər yazılar

0.26672315597534