“Əlbəttə, bu səfərlərlə birlikdə ikitərəfli münasibətlərimizi müzakirə etmək fürsəti də olur. Gələn ölkə liderləri ilə bölgəyə dair problemləri də masaya qoyuruq. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyev qardaşımın səfərində əsas mövzumuz Rusiya və Ukrayna olub. Özü də Rusiyanı ən yaxşı tanıyan liderlərdəndir”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Onun Putinlə münasibətləri də məlumdur. Bu müharibəni də ən yaxşı təhlil edənlərdən biridir. Bu məsələləri özü ilə çox açıq, konkret danışmaq fürsətimiz olub. Sanksiya mövzusunda BMT-nin müəyyən xəttinə biz də qoşula bilərik, amma unutmayaq ki, bütün bu addımları atarkən bizim Rusiya ilə olan münasibətlərimizi bir kənara qoymaq mümkün deyil.
Çünki bu gün sadəcə təbii qazın təqribən yarısını Rusiyadan alırıq. Bu məsələdəki həssaslığımızı qorumalıyıq. Birincisi, mən xalqımı qarda-qışda soyuqda qoya bilmərəm. İkincisi, sənayemizi tamamilə sıfırlaya bilmərəm. Bunları qorumalıyıq. Biz dövlətik, 85 milyonluq əhalimiz var. Üzərimizə düşən hər cür vəzifəni edərik, edirik. Hazırda ukraynalılar üçün 56 civarında humanitar yardım daşıyan yük maşını bölgəyə göndərmişik”, - dövlət başçısı bildirib.
Onu da qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Telefon danişığı zaman Rusiya-Ukrayna arasındakı hərbi toqquşmalara dair son vəziyyət və danışıqlar prosesi müzakirə olunub.
Prezident Ərdoğan NATO liderlərinin zirvə görüşündə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayaraq, Türkiyənin Ukraynaya əlindən gələn köməyi həyata keçirdiyini xatırladıb.