Bakıda dəhşət: Sahibsiz itlər azyaşlıya hücum etdilər - VƏZİYYƏTİ AĞIRDIR + VİDEO

 11-05-2024

Bakıda sahibsiz itlər azyaşlı qıza hücum ediblər.

Oxu.Az-ın əldə etdiyi məlumata görə hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış massivində qeydə alınıb.

Belə ki, 2013-cü il təvəllüdlü Ə.M. (ad, soyad şərtidir) bu gün axşam saatlarında həyətdə dostları ilə oynayarkən itlər ona hücum ediblər. Bu zaman o, qaça bilməyib və ağır xəsarətlər alıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Zamirə Ədilova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Ə.M. saat 19:30-da təcili tibbi yardım vasitəsilə Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib və kəllə-beyin travması alıb:

“Ona zəruri tibbi xidmətlər göstərilib, quduzluq əleyhinə peyvənd vurulub. Vəziyyəti stabil qiymətləndirilən şəxs daha ixtisaslı müayinə üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub”.

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış massivində sahibsiz itlərin hücumuna məruz qalmış yeniyetmə qızın son durumu açıqlanıb.

TƏBİB-dən bildirilib ki, 2013-cü il təvəllüdlü şəxs 11.05.2023-cü il tarixində saat 19:30 radələrində təcili tibbi yardım maşını vasitəsilə Respublika Klinik Xəstəxanasına gətirilərək Təcili Tibbi Yardım Şöbəsinə yerləşdirilib:

“Ona zəruri tibbi xidmətlər göstərilib, quduzluq əleyhinə peyvənd vurulub. Vəziyyəti stabil qiymətləndirilən şəxs daha ixtisaslı müayinə üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Hazırda pasiyentin müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilir, vəziyyəti stabildir”.

Bənzər yazılar

1.2086501121521