"6-cı mərtəbə"nin hələ 5-ci mərtəbəsi də var. Yəni "kruq" genişdir, 35 milyonluq tenderi udan şirkətin bir ucu gedib Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə çıxır.
Şirkətin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur.
Bu şəxs London Universitetinin məzunu və 2 ildən bəridir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr müavini təyin olunmuş Pərvin Nəbiyevin atasıdır. Pərvin Nəbiyev özü də bir müddət bu şirkətdə layihə menecerinin müavini olub.
Pərvin Nəbiyevin atasının adı Təhməzli ailəsinin başqa bir şirkətində - "VƏLİYEV ŞAHİN İ. VƏ TƏHMƏZLİ ŞAHBAZ A. TAM ORTAQLI BAK TİKİNTİ ABADLIQ" MÜƏSSİSƏSİ-də də qanuni direktor kimi qeyd olunur.
Şahbaz Təhməzli "6-cı mərtəbə"nin sahibi Ataş Təhməzlinin oğludur. Sizə ortağın, yəni Şahin Vəliyev İsrafil oğlunun da kimliyi maraqlıdırsa deyim; o, hamımızın yaxşı tanıdığımız oliqarx deputat, "Kristal Abşeron"un sahibi Ağalar Vəliyevin qardaşıdır.