İnək sürüsü vegetarianı tapdalayaraq ÖLDÜRÜB

 26-08-2022

Böyük Britaniyanın Qərbi Sasseks bölgəsində 30 inəkdən ibarət sürü itini gəzdirən qadını tapdalayaraq öldürüb.

55 yaşlı qurbanın qanlı bədəni İngiltərənin Billinqşurst kəndi yaxınlığında aşkar edilib.

Hadisə yerinə polis və təcili yardım gəlib və qadının hələ yaşadığını qeydə alıblar. Lakin əvvəlcə kənd sakinləri, daha sonra isə tibb işçiləri bir saat ərzində ürək-ağciyər reanimasiyası aparsalar da, onu xilas edə bilməyiblər.

Mərhumun dostu və keçmiş həmkarı qadının məhz inəklər tərəfindən tapdalanmasını dəhşətli adlandırıb. Belə ki, mərhum heyvan əti yeməyib, vegetarian olub və heyvanları çox sevib.

Mənbə: lenta.ru

Bənzər yazılar

0.60395312309265