İstanbulda daşqın GÖRÜNTÜLƏR: Yağış suları evlərə DOLUB - VİDEO

 25-08-2022

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda güclü leysan nəticəsində daşqınlar baş verib. 

Şəhərin Avropa hissəsində səhər saat 9-da başlayan və ildırımla müşayiət olunan yağış Esenyurt, Beyoğlu, Fatih, Zeytinburnu, Bayrampaşa və Beşiktaş rayonlarında fəsadlar yaradıb.

Yağış səbəbindən Beşiktaş və Taksimdə nəqliyyatın hərəkəti dayanıb.

Evləri su altında qalan vətəndaşlar əllərindəki vedrələrlə suyu boşaltmağa çalışıblar.

Mənbə: TRT Haber

Bənzər yazılar

0.77428984642029