Şəhid qardaşından "Azercell"ə ETİRAZ

 25-03-2022

Abunəçilər “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalardan şikayətçidir.

MillətinSəsi.info xəbər verir ki, bu barədə ictimai fəal, şəhid qardaşı Elyar İslamoğlu məlumat verib.

O qeyd edib ki, onun da istehlakçı hüquqları pozulub: "Keçən ilin oktyabr ayından hər 15 gündən bir internetdən istifadə edilmədiyi halda balansımdan MB üçün müəyyən məbləğ silinib. 2525-ə STOP yazılıb göndərilir, internet paketi dayandırılır. Amma "Azərcell" balansdan az əvvəl silinən məbləğə görə verilən MB ləğv edir. Günün-günorta çağı bu nə oğurluq, quldurluqdur belə? Həm balansdan məbləğ silib MB verirsiniz, həm də internet paketi ləğv edilib deyə balansdakı MB-da silirsiniz? Bəs balansdan silinən məbləğ hara getdi? Abonent balansından həm məbləğ itirir, həm də MB".

İctimai fəal bildirib ki, bütün texniki problemlər ancaq abonentin ziyanına işləyir: "Bir müddət əvvəl balansdan etdiyiniz oğurluğa görə ictimai fəallardan biri sizə "prezervativ" göndərmişdi. Zaman keçib, amma həminki yerdə qalmısınız. Əvvəlki kimi balans oğrusu... Oğurluğu tutulanda da "texniki qüsurdur" deyib sudan quru çıxan "Azercell"! Nədənsə bütün texniki qüsurlar da abonentin balansını silir, bir dəfə də olsa "texniki qüsur"larda abonentin balansı artmır".

"Azercell"dən abonentin müraciətinə verilən cavabda qeyd olunub ki, internet paketlərindən istifadə qaydalarına əsasən 60 MB = 1 AZN internet paketi hər 15 gündən bir avtomatik qaydada yenilənir: "60 MB internet paketini deaktiv etdikdə abunəçi internet paketindən imtina etmiş hesab olunur və bu səbəbdən istifadə olunmamış MB qalığı silinir".

Bənzər yazılar

0.26504611968994