Günel Rüstəmovanın rəhbərlik etdiyi “Gyunel Limited” ötən il üzrə maliyyə hesabatını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın müvafiq qurumlarından məlumat daxil olub.
“Gyunel Limited”in borcu son bir ildə 537 min funt sterlinq artaraq, hazırda 6,84 milyon funt-sterlinqə çatıb.
Gyunel Limited 28 aprel 2005-ci ildə Bodrum 32 Woodstock Grove, London, Uk W12 8LE ünvanında qeydiyyata alınıb.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə də 2007-2021-ci illərdə bu qurumun rəhbəri olub.
Qeyd edək ki, Günel Rüstəmova Azərbaycan Respublikası Baş nazirinin müşaviri, Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun qızıdır. Hazırda Londonda yaşayır və modelyer kimi çalışır.
41 yaşlı Günel Rüstəmova 43 yaşlı Cuma Əhmədzadə ilə ailəlidir.
Günel Rüstəmova orta təhsilini Bakıda, ali təhsilini isə Böyük Britaniyada alıb. London Kollecində moda dizaynı üzrə təhsil alıb. Daha sonra İngiltərənin nüfuzlu təhsil müəssisəsi olan Central Saint Martinsdə incəsənət və moda üzrə təhsil alıb.