Nazir Emin Əmrullayev: "Bəzi müəllimlərin 150 manat alması təəccüblü deyil"

 23-08-2022

“Hazırda həftədə 6 saata qədər dərs deyən müəllimlərin sayı 4439 nəfərdir. Bu müəllimlərin orta maaşı 150 manatdır”.

Bunu media üçün keçirdiyi brifinqdə təhsil və elm naziri Emin Əmrullayev deyib.

“Bir adam əgər həftədə 6 saat işləyirsə, onun əməkhaqqısının 150 manat olmasında da təəccüblü bir şey yoxdur. Çünki həmin adam çox az işləyir. Astarada 356 ibtidai sinif var, 676 ibtidai sinif müəllimi hazırda işləyir. 1 sinfə 1,9 müəllim düşür. Niyə belədir? Çünki nə vaxtsa o məktəbə lazım olandan daha artıq müəllim işə götürülüb. Bu gün biz o müəllimləri təbii ki, işdən çıxarmırıq, ixtisar etmirik, hər hansı radikal dəyişikliklərə də getmirik.

Təhsildə hansısa bir adam tərəfindən buraxılmış səhv çox uzun müddət cəmiyyəti incidir və ağrıdır. Hansısa müəllim, direktor, məmur nə vaxtsa, 90-cı illərdə, 2000-ci illərin əvvəllərində bu və ya digər səbəbdən... İndi gedib günahkarı tapıb, cəzalandırmağın da bir mənası yoxdur. Bu o deməkdir ki, hər müəllimə daha az saat düşür, yəni həmin müəllimlərin əməkhaqqısı aşağıdır”, - nazir bildirib.

Emin Əmrullayev deputat Fazil Mustafanın məktəbli formaları ilə bağlı dediklərinə münasibət bildirərkən deyib ki, düşünürəm ki, məktəbə uşaqlar formada gəlməlidir və biz Elm və Təhsil Nazirliyi olaraq bu formanın yalnız ölçülərini, rəngini, formasını, elementlərini müəyyən etmişik:

“Biz nə forma tikirik, nə forma satırıq, nə formanın alışını-satışını təşkil edən qurumuq. Bizim işimiz formanı tənzimləməkdir. Əgər forma bahadırsa və ya digər mövzular varsa, bu elm və təhsil mövzusu deyil. Formanın maya dəyəri, formanın alış qiyməti, alış-satış prosedurunun bazarda baş verməsi - bu, bazar münasibətləridir, burda istehlakçıların hüquqlarından söhbət gedə bilər, amma elm və təhsil mövzusu deyil”.

"İbtidai sözünü "p" ilə yazan müəllimin şagird qarşısına çıxması günahdır. Müəllimlər 5 ildə 2 saat imtahan verir və imtahanın nəticəsinə uyğun olaraq biz onların maaşını 10 və ya 35 faiz artırırq. Hesab edirəm ki, bu, yüklənmə və ya ədalətsizlik deyil. Əksər müəllimlərin burada heç bir problemi olmayacaq. Problem o müəllimlərdə olacaq ki, həmin şəxslər müəllim sözünü “məllim”, qrup sözünü “qurup” kimi yazır", - nazir bildirib.

Bənzər yazılar

0.5389928817749