Vladimir Volfoviç Jirinovski ölməyib, amma vəziyyəti ağırdır

 25-03-2022

“Vladimir Volfoviç Jirinovskinin səhhəti ilə bağlı narahat olan hər kəsi əmin etmək istəyirəm. O, sağdır”.

MillətinSəsi.info xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin sosial şəbəkə hesabında yazıb.

“Onun vəziyyəti həqiqətən ağırdır. Bu gün o, kompüter tomoqrafiyası müayinəsindən keçdi. Biz ondan narahatıq, həkimlər onun üçün mübarizə aparır. Özü də böyük adamdır. Onun tezliklə sağalmasını arzulayaq”, - o qeyd edib.

Rusiya Federasiyası Səhiyyə Nazirliyi bildirib ki, Jirinovskinin vəziyyəti stabil qiymətləndirilir:
“Həkimlər bu vəziyyətdə hər cür tibbi yardım göstərməkdə davam edirlər”.

Qeyd edək ki, senator Aleksandr Pronyuşkin “RİA Novosti”yə Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Moskva klinikalarından birində dünyasını dəyişməsi barədə məlumat vermişdi. Onu da bildirək ki, 75 yaşlı siyasətçi Vladimir Volfoviç Jirinovski koronavirusa yoluxub və uzun müddətdir ki, reanimasiyada idi.

Bənzər yazılar

8.1316959857941