Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı BAŞ TUTUB

 23-08-2022

Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlüd Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı nazirlər cari regional vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq istiqamətləri, habelə beynəlxalq platformalarda fəaliyyət məsələləri müzakirə edilib.

Bənzər yazılar

0.2267529964447