İngiltərə Premyer Liqasında üçüncü turun sonuncu görüşü başa çatıb.
İki turdan sonra xala həsrət qalan “Mançester Yunayted” turnirə uğursuz başlayan və son iki matçdan heç-heçə ilə ayrılan “Liverpul”la qarşılaşıb.
“Old Trafford”da baş tutan oyunun əlamətdar hadisələrindən biri ev sahibi komandanın hücumçusu Ronaldunun start heyətində yer almaması və yalnız 85-ci dəqiqədə meydana çıxması olub.
Matçın nəticəsində gəlincə, “qırmızı şeytanlar” bu dəfə nəhayət ki “şeytanın qıçını sındırmağı” bacarıb və Premyer Liqada ilk xallarını qələbə ilə qazana biliblər - 2:1.