Paytaxtın Üzeyir Hacıbəyov küçəsində salınan velosiped zolağının üzərindəki maneələr barədə məlumat vermişdik. Həmin mane artıq aradan götürülüb.
MillətinSəsi.info oxu.az-a istinadən xəbər verir ki, sözügedən küçədə velosiped zolağının üzərində “Teatr və Konsert Biletləri” satılan köşk yerləşirdi. Həmin bu köşk sökülərək ərazidən götürülüb.
Çox müzakirəyə səbəb olan ərazidə aidiyyəti qurumların nümayəndələri tərəfindən işlər aparılır.