Rus oliqarxlar Türkiyə üçün başağrısına çevrilə bilər

 24-03-2022

Məşhur rusiyalı iş adamı Roman Abramoviçin “Eclipse” superyaxtası bu həftə Türkiyənin Marmaris bölgəsində yerləşən limanına gəlib.

MillətinSəsi.info xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. 163 metrlik iri yaxtanın Avropadakı sanksiyalar səbəbilə Türkiyəyə gətirildiyi bildirilib. Onun digər 140 metrlik lüks yaxtası “Solaris” isə bazar ertəsi Bodruma gəlib.

Keçmiş türk diplomatı Selim Kuneralp verdiyi açıqlamasında ölkəsini həmin yaxtalara ev sahibliyi etməkdə diqqətli olmağa çağırıb. “Bu superyaxtalar hökumətimiz üçün başağrısı ola bilər”-deyə o bildirib.

Məlumata görə, Abramoviçin şəxsi təyyarəsi son bir ay ərzində dəfələrlə Türkiyəyə daxil olub. “Reuters” xəbər agentliyi şəxsi mənbələrinə istinadən rusiyalı maqnatın Türkiyəyə investisiya yatırmaq istədiyini açıqlayıb.

Yayımlanan məqalədə bildirilib ki, Ankara həm Rusiya, həm də Ukrayna ilə dostluq münasibətlərini qorumağa çalışır və dəfələrlə sanksiyalara qoşulmayacağını bildirib. Berlindəki Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun əməkdaşı İlke Toyqur,

“Avropalılar Türkiyənin Rusiya ilə qarşılıqlı öhdəliklərə malik olduğunu başa düşürlər. Bu, strateji cəhətdən çətin vəziyyətdədir”-deyə bildirib.

Toyqur xəbərdarlıq edib ki, müharibə uzanarsa, sanksiyalar daha da sərtləşərsə Ankaraya təzyiq arta bilər. Ciddi narahatlıq doğuran məsələlərdən digəri isə məşhur brendlərin Rusiyadan çıxmasından sonra Rusiya bazarındakı boşluqları türk biznesmenlərin doldurmağa tələsməsi riskidir.

İstanbul Ticarət Palatasının idarə heyətində tekstil sənayesini təmsil edən Hikmət Tanrıverdi bildirib ki, böhran yalnız Türkiyə tekstil sənayesi üçün deyil, digər sektorlar üçün də böyük bir fürsətdir.

Bənzər yazılar

0.24155902862549