Ölkə bazarlarında satılan almaların üzərinə bit dərmanı vurulur?VİDEO

 22-04-2024

Ölkə bazarlarında satılan almaların uzun müddət saxlanılması və çürüməməsinin qarşısının alınması üçün üzərlərinə bit dərmanı vurulduğu iddia olunur. Bu barədə redaksiyamıza vətəndaş şikayəti daxil olub.

Şikayətçinin redaksiyamıza ünvanladığı videogörüntüdən də aydın olur ki, almanın üz qabığına hansısa dərman maddəsi vurulub. Amma ağ maddənin tərkibinin nədən ibarət olduğu qeyri-müəyyəndir. 

Kadrları lentə alan şəxs onu da bildirib ki, qaynadılmış su, sirkə və ya xüsusi olaraq yuyulmadıqda meyvənin üzərinə vurulan bu maddə insan orqanizmi üçün çox təhlükəlidir. 

Bəs bu iddia nə dərəcədə doğrudur? Doğrudanmı, bazarlarda satılan meyvələrin uzunmüddətli saxlanması üçün onlara xüsusi dərmanlar vurulur? Sözügedən dərmanlardan istifadə edilirsə, orqanizmə hansı fəsadları var? 

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov məsələ ilə bağlı Bizim.Media-ya danışıb.

O, bildirib ki, həqiqətən də uzun müddət saxlanılması mümkün olmayan məhsullara bəzi maddələr vurulur: 

“Ancaq o maddələr insan orqanizmi üçün təhlükəli deyil. Almanı yeməmişdən əvvəl yaxşı yumaq lazımdır. Əldə baxanda bu, müəyyən qədər hiss olunur. Sanki alma yağlanıb. Sözügedən hal onu deməyə əsas verir ki, almanın uzun müddət saxlanılması üçün maddədən istifadə olunub. Bu dərmanlardan istifadə ilk hal deyil, uzun illərdir reallaşan prosesdir. Tək Azərbaycanda yox, bir çox ölkədə bu addım atılır. Artıq ölkəmizdə bəzi qabığı qalın sort meyvələr yetişdirilir ki, onları uzun müddət saxlamaq mümkün olsun”. 
 

 

Bənzər yazılar

0.39549398422241