Azərbaycanda 6 ayda 77,5 milyon manatlıq TƏBİİ QAZ YOXA ÇIXIB

 17-08-2022

Bu ilin ilk 6 ayı ərzində Azərbaycanda 408,1 milyon kubmetr əmtəəlik təbii qaz itkiyə gedib.
Yeniavaz.com
 Dövlət Statistika Komitəsindən açıqlanan rəsmi məlumata istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisdə itkiyə gedən təbii qazın həcmi 16,3% və ya 79,4 milyon kubmetr azalıb. Belə ki, ötən ilin ilk 6 ayı ərzində 487,5 milyon kubmetr təbii qaz itkiyə gedib.

Məlumat üçün bildirək ki, hazırda əmtəəlik təbii qazın daxili bazardakı qiyməti 12 (1200 kubmetrə qədər), 20 (1200- 2500 kubmetr olduqda) və 25 qəpiyə (2500 kubmetrdən artıq olduqda) bərabərdir. Bu isə o deməkdir ki, ölkə daxilində təbii qazın orta tarifi 19 qəpik təşkil edir. Mövcud qiymətlə hesablandığı zaman məlum olur ki, bu ilin ilk 6 ayında 77,5 milyon manatlıq təbii qaz itkiyə gedib.

Onu da bildirək ki, bugünə kimi SOCAR və "Azəriqaz"dan verilən açıqlamalarda ölkədə qaz itkisinin azaldılması istiqamətində tədbirlər həyata keçirildiyi dəfələrlə vurğulanıb.

Müqayisə üçün son 7 ilin ilk 6 ayında qeydə alınan qaz itkilərinin həcmini təqdim edirik:

Hesabat dövrü

İtki

2016

Yanvar - iyun

476,6 milyon kubmetr

2017

Yanvar - iyun

531 milyon kubmetr

2018

Yanvar - iyun

491,4 milyon kubmetr

2019

Yanvar - iyun

800,8 milyon kubmetr

2020

Yanvar - iyun

518,6 milyon kubmetr

2021

Yanvar - iyun

487,5 milyon kubmetr

2022

Yanvar - iyun

408,1 milyon kubmetr

Bənzər yazılar

0.1417510509491