İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələri birləşdiriləcək

 21-04-2024

İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələrinin birləşdirilməsi istiqamətində proyekt üzərində işlər yekunlaşmaq üzrədir və tezliklə icra mərhələsinə keçəcək.

"Ölkə.az" xəbər verir ki, bunu İranın Energetika Nazirliyinin nəzdindən fəaliyyət göstərən Beynəlxalq Mərkəzin direktoru Muctaba Əkbəri deyib.

Onun sözlərinə görə, bu layihə çərçivəsində belə bir imkan yaranacaq ki, İran ehtiyacı olduğu zaman elektrik idxal edəcək və elektrik istehlakı az olduğu zaman elektriki ixrac edəcək.

İran rəsmisi İran və Türkiyə arasında elektrik mübadiləsi üzrə müzakirələrin başlandığını və gələn 2 ay ərzində tam məlumatların elan olunacağını da diqqətə çatdırıb.

Qeyd edək ki, İran, Azərbaycan və Rusiya arasında Şimal-Cənub enerji dəhlizinin yaradılması layihəsi üzərində işlər aparılır. Məqsəd üç ölkənin elektrik şəbəkələrinin sinxron edilməsidir. Bu layihə ilə bağlı lazımi layihələndirmə işlərini İranın “Monenko” Şirkəti həyata keçirib.(publika.az)

Bənzər yazılar

0.15806818008423