Məşhur “Kontinent İnşaat” şirkətinin dövlətə vergi borcu 1,2 milyon manata çatıb.
Qaynarinfo-nun məlumatına görə, “Kontinent İnşaat” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1 milyon 288 min 446 manat 87 qəpik borcu yaranıb.
Qeyd edək ki, ötən ay bu vəsaitin miqdarı 630 min 559 manat 29 qəpik idi.
Hazırda şirkətin qanuni təmsilçisi Mahmudov Araz Ucal oğludur. Direktorlar Şurasının sədri isə Əli Hüseynovdur.
Qeyd edək ki, şirkətə 2017-ci ildə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev də rəhbərlik edib.