Gəncə Şəhər Təhsil İdarəsi məhkəmə qarşısında

 17-04-2024

Gəncə Şəhər Təhsil İdarəsi barəsində inzibati prtokol tərtib edilib. 

Valyuta.az xəbər verir ki, qurum barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə iş başlanıb. 

İşə Gəncə Şəhər Məhkəməsində baxılacaq. 

Aprelin 24-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. 

İclas hakim Asif Əliyevin sədrliyi ilə keçiriləcək. 

347-ci maddəyə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Bənzər yazılar

0.18538093566895