Fransa səfiri Azərbaycandan geri çağırıldı

 16-04-2024

Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, məsləhətləşmələr son aylar iki ölkə arasında olan münasibətlərlə bağlıdır.

Nazirliyin yaydığı məlumatda deyilir ki, ölkə prezidenti Emmanuel Makron səfir Ann Buayonu qəbul edib, məsələyə aydınlıq gətirməsini istəyib.

“Fransa beynəlxalq hüquq normalarına və iki ölkənin ərazi bütövlüyünə hörmət etməklə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına tərəfdar olduğunu bir daha bəyan edir. Bu standartlaşma həm ölkələrə, həm də bütün regiona fayda verəcək”, - məlumatda deyilir.

Bənzər yazılar

0.13366007804871