Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
AZƏRTAC xəbər ki, dövlət başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Qeyd edək ki, 2017-ci ilin iyunun 17-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin yaradılması haqqında fərman imzalayıb.
Həmin vaxt sərəncamla Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin direktoru təyin edilib.